
UEFA Avropa Liqasının "Lill"lə oyunundan sonra "Srvena Zvezda"nı cərimələyib.
Fanat.Az xəbər verir ki, sanksiya Belqrad təmsilçisinin azarkeşlərinin oyun zamanı nümayiş etdirdiyi bannerdən qaynaqlanıb.
Bannerdə "İnancımız sizi qələbəyə aparsın" yazılıb. Azarkeşlər bannerə həmçinin, Müqəddəs Simeonun (Stefan Nemanya) obrazını da əlavə ediblər.
UEFA bu nümayişi futbol matçı üçün uyğunsuz hesab edib və klubu 95 min dollar cərimələyib.
Əlavə edək ki, həmin oyunda "Srvena Zvezda" əlavə vaxtda "Lill"ə 0:2 hesabı ilə uduzaraq turnirdə iştirakını dayandırıb.