13:56 30.03.2026 524

Mehdi İnfantinoya müraciət etdi: "İran futbolunun məzlum səsini eşidin"

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac FIFA prezidenti Canni İnfantinoya məktub yazıb. 

Fanat.Az xəbər verir ki, futbol funksioneri Yaxın Şərqdəki münaqişənin gərginləşməsindən sonra ölkəsində futbol infrastrukturuna dəyən ziyanın qiymətləndirilməsini istəyib.

“Hörmətli FIFA prezidenti, bu sətirlər İran futbolunun, milyonlarla ehtiraslı İran futbol azarkeşinin qəlbindən, ruhundan yazılıb. Dərin təəssüf və kədər hissi ilə bildiririk ki, İran İslam Respublikasının müqəddəs torpağına qanunsuz hərbi müdaxilə nəticəsində çox sayda həmvətənimizin, gənc futbolçumuzun ölümü ilə nəticələnən hücum nəticəsində idman infrastrukturuna, bir sözlə, İran futboluna ciddi ziyan dəyib. İran Milli Futbol Mərkəzi möhtəşəm bir binadır və futbolumuzun texniki tərəqqisinin simvoludur. Milli komandaların qəhrəman qadınlarının və fədakar kişilərinin çətin təlim-məşq toplanışlarına qatlaşdığı, gecə-gündüz nəfəskəsici məşqlər etdiyi və şəxsən üç dəfə ziyarət etdiyiniz bir yerdir. Bu mərkəz 12000 yerlik Azadi İdman Kompleksinin xatirə zalı və bir neçə digər stadionla birlikdə ciddi ziyan görüb. Bu hücumlardan sonra Milli Futbol Mərkəzinin divarları çatlayıb, yaşıl otlar yanıb, futzal meydançası, fitnes zalları və müasir avadanlıqlar kritik vəziyyətdədir və otel otaqları şüşə qırıntıları ilə doludur.
FİFA və Asiya Futbol Konfederasiyasının dəstəyi sayəsində inşa edilən bu mərkəz illərdir İranın hər yerindən yüzlərlə gənc istedadı qəbul edib. Bu hadisə nəinki müxtəlif yaşlarda olan 18 kişi və qadın, futzal və çimərlik futbolu komandalarının təlim-məşq toplanışlarını ləğv etdi, həm də ölkədə nəsillərarası futbolun inkişafı planlarını təhlükə altına qoydu. 

Dünya futbolunun lideri və onun yüksək dəyərlərinin qoruyucusu olaraq, sizdən xahiş edirəm ki, İran futbolunun məzlum səsini eşitməyə çalışın və ziyanı qiymətləndirmək, zərər çəkmiş idmançıların hüquqi müdafiəsini təmin etmək və beynəlxalq səviyyədə futbol şəhidlərinin xatirəsinə mərasimlər keçirmək üçün ekspertlər qrupunu göndərin".

Qeyd edək ki, fevralın 28-də ABŞ-İsrail və İran arasında hərbi əməliyyatlar başlayıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2026
16:40

DÇ-lərdə Kaan Ayhandan daha gec qələbə qolu vuran olubmu?

16:32

Əhməd Çində medal qazandı

16:23

"Bağışlayın, amma biz qələbə qazanmışıq" - ABŞ millisinin baş məşqçisi özündən çıxdı

15:46

"Ayaks"ın "qənim"i faciəli şəkildə dünyasını dəyişdi

15:07

"Ardıcıl iki oyunda qalib gələrək ilkə imza atmaq istəyirdik" - Qustavo Alfaro

14:54

Asiyada Naqomoto kimisi olmamışdı - Rekord

14:26

"Neftçi" Yuri Vernidubla müqavilə yenilədi - RƏSMİ

14:15

Portuqaliya klubundan ayrılan futbolçu Azərbaycan təmsilçisi ilə müqavilə bağlayır

13:41

Almaniya üzərində qələbə ölkədə tətilə səbəb oldu

13:22

"Komandamızın çıxışı inanılmazdır"

12:59

Nagelsman Almaniyanın Ekvadora məğlubiyyətini belə şərh etdi

12:20

DÇ-2026: Pley-offa yüksələn 19 komanda bilindi, 4 cüt müəyyənləşdi

11:54

"Bu komanda buna layiq deyildi" - Türkiyə millisinin baş məşqçisi

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:19

Paraqvay - Avstraliya oyununun ən yaxşısı bilindi

10:51

Mərakeşdən ehtiyat edən Ronald Kuman Tunislə oyunda nəyə təəccüblənib?

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:12

DÇ-2026: Fransa ilə Norveç qrup liderliyi uğrunda duelə çıxır, Seneqal İraqa qarşı

09:48

Arda Güler ABŞ ilə oyunda mükafat aldı

09:25

Bakıda UFC həyəcanı: Döyüşçülər tərəziyə çıxır

09:00

Dünya çempionatları tarixində yeni rekord qeydə alındı

08:15

DÇ-2026: Türkiyə "qapını möhkəm çırpdı", Niderland inamlı qələbə qazandı

02:29

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

01:57

DÇ-2026: Ekvador millisi Almaniyanı "yıxdı", Fil Dişi Sahilindən inamlı qələbə

00:47

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

Facebookdan bizi izləməyi unutmayın.
X