
Gələn mövsüm 1-ci Liqada çempionluq uğrunda mübarizə aparacaq komandalardan biri bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şahdağ Qusar" qarşısına elitaya yüksəlmək hədəfi qoyub.
Təcrübəli mütəxəssis Füzuli Məmmədovu baş məşqçi postuna gətirən rəhbərlik komandaya böyük məbləğ ayırıb - 800 min manat. Texniki heyətə hər ay üçün 40 min manat maaş büdcəsi nəzərdə tutulub ki, bu da hədəflə reallığın uzlaşması anlamındadır.
Xatırladaq ki, Qusar təmsilçisi geridə qalan mövsümü 43 xalla 5-ci pillədə başa vurub.
Toğrul