
Azərbaycanda "Qarabağ" və "Səbail"dəki fəaliyyətləri ilə tanınan türkiyəli məşqçi Səbəhəttin Təkin yenidən Bakı gəlib.
O, budəfəki səfərinin məqsədi ilə bağlı Fanat.Az-a açıqlamasında belə danışıb:
"Mən davamlı olaraq Azərbaycanda "oturum icazəsi" alıram. Bu sənədimin vaxtı bitdiyi üçün yenidən gəldim. Sənədləri hazırlayıb miqrasiyaya təqdim etdim. Yenidən ilyarımlıq izin almaq niyyətindəyəm. Cümə günü Türkiyəyə qayıdacağam. İcazəni almaq üçün bu ayın sonunda yenidən Bakıya dönəcəyəm.
Fürsətdən yararlanıb Azərbaycandakı dostlarımla, xüsusilə də Şahin Diniyev və Azər Məmmədovla görüşdüm. Bu dəfə vaxtım az oldu. İnşallah, 2-3 həftə sonra yenidən gələndə daha çox qalmağı planlaşdırıram".
Qeyd edək ki, Səbahəttin Təkinin Azərbaycanda son iş yeri "Səbail" olub. O, 2023-cü ilin yayından 2024-cü ilin sonuna kimi Şahin Diniyevin köməkçisi olub. Türkiyəli mütəxəssis əvvəllər "Qarabağ"ın infrastruktur koordinatoru, Türkiyədə isə Superliqa da daxil olmaqla, müxtəlif səviyyələrdə məşqçi və texniki direktor vəzifələrində çalışıb.
Mirağa