
Misli Premyer Liqasının (MPL) 28-ci turu çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək "Zirə"nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Rüfət Abdullazadə isə zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcək".
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Neftçi" qarşılaşmasının start fiti 19:30-da səslənəcək. Hazırda qəsəbə təmsilçisi MPL-in turnir cədvəlində 44 xalla 4-cü, "ağ-qaralar" isə 43 xalla 5-ci yerdədir.
Mirağa