
"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 29-cu turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə nəticələnən görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında fikirlərini belə bildirib:
"Bilirdik ki, rəqibimiz sürətli əks-hücumlara üstünlük verən komandadır. Buna baxmayaraq, bizim də üstün olduğumuz məqamlar var idi. Konkret, topa nəzarət etməyə çalışırdıq. Sadəcə, bu üstünlüyü qola çevirmək lazım idi. İkinci hissədə qapımızda qol gördük. Bərabərliyi təmin edə bildik. Gedişat elə idi ki, uda da bilərdik, uduza da.
Turnir cədvəlində mövqeyimiz o qədər də yaxşı deyil. Ancaq hər oyun bir fürsətdir.
Növbəti mövsümə aid planlardan danışmaq istəmirəm. Çünki müqaviləmin müddəti 2026-cı ilin yayına, yəni möbsümün somuna qədərdir. Avrokuboklara vəsiqə qazanmasaq, mənim də məsiliyyət payım var".
Mirağa