
Rusiya millisinin və ÇSKA-nın qapıçısı İqor Akinfeev "Tanrının ayağı" ticarət nişanını qeydiyyatdan keçirərək hüquqlarına yiyələnib.
Fanat.Az xəbər verir ki, məlumatı "RİA Novosti" agentliyi yayıb.
Ticarət nişanı yeni qeydiyyata alınıb və bütün proses bir il çəkib.
Rusiyalı qapıçı 2018-ci il dünya çempionatında İspaniyaya qarşı 1/8 final matçında həlledici penalti zərbəsini ayağı ilə dəf edib, bundan sonra azarkeşlər və idman ictimaiyyəti onun seyvini "Tanrının ayağı" adlandırıb.
Akinfeyev "Tanrının Ayağı" ticarət nişanı altında Rusiyada geyim, oyuncaq və alkoqolsuz içkilər istehsal edib sata, eləcə də təhsil və biznes xidmətləri göstərə bilər.