
Azərbaycan millisinin və "Kolambus Kryu" komandasının hücumçusu Nəriman Axundzadə ABŞ-də növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu ABŞ Açıq Kubokunun 1/8 final mərhələsində "One Noksvill" ilə qarşılaşmanın iştirakçısı olub.
O, doğma meydanda baş tutan oyuna start heyətində başlayıb və matçı əvəzolunmadan başa vurub.
Görüş Nərimanın komandasının 4:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, “Kolambus Kryu” 1/4 finala adlayıb.
Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.