
Bu gün UEFA Konfrans Liqasında yarımfinalın cavab oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni vaxda baş tutacaq.
"Strasburq" Fransada "Rayo Valekano"nu ilə üz-üzə gələcək. İlk dueldə ispanlar minimal hesablı qələbə qazanıb.
İngiltərədə isə "Kristal Pelas" "Şaxtyor Donets"i qəbul edəcək. Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi ötən həftə keçirilən ilk oyunda uduzub.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
7 may
23:00. "Strasburq" (Fransa) – "Rayo Valekano" (İspaniya)
(İlk oyun - 0:1)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Şaxtyor" (Ukrayna)
(İlk oyun - 3:1)