
"İnter Mayami"nin əfsanəvi argentinalı hücumçusu Lionel Messi Amerika liqası MLS-də 100 qolda pay sahibi olub.
Fanat.Az xəbər verir ki, o, qol+assist sistemində 100-ə ən tez çatmaq rekordunu yeniləyərək tarixə düşüb.
O, tarixi nailiyyətə "Toronto" ilə oyunda imza atıb. "İnter Mayami"nin 4:2 hesablı qələbəsi ilə başa çatan matçda argentinalı bir qol vurub və iki məhsuldar ötürmə edib.
Messiyə 100-ə çatmaq üçün cəmi 64 oyun lazım olub. Bu müddət ərzində o, 59 qol vurub və 41 məhsuldar ötürmə edib.
Əvvəlki rekord MLS-də cəmi 95-ci oyununda 100 qol+ötürmə həddinə çatan italyan Sebastian Giovinçoya məxsus idi.
Mirağa