
"Udineze"nin hücumçusu Keynan Deyvis İtaliya çempionatının "Kalyari" ilə oyunundan sonra ciddi ittihamlar irəli sürüb.
Fanat.Az xəbər verir ki, ingilis hücumçu sosial media hesabında Alberto Dossenanın şəklini paylaşaraq oyun zamanı rəqib müdafiəçi tərəfindən irqçi təhqirə məruz qaldığını bildirib:
"Bu qorxaq irqçi bu gün oyun zamanı mənə meymun dedi. Ümid edirəm ki, A Seriyası rəhbərliyi bu barədə nəsə edəcək. Baxıb görəcəyik".
Qurumdan, o cümlədən, "Kalyari" və ya Dossenanın özündən rəsmi cavab gəlməyib. Lakin hadisə artıq azarkeşlər və İtaliya mediası arasında geniş müzakirələrə səbəb olub.
"Udineze" "Kalyari"ni 2:0 hesabı ilə məğlub edib. Deyvis görüşə əlavə olunmuş dəqiqələrdə ikinci qolun məhsuldar ötürməsini etməklə yanaşı, sarı vərəqə ilə də cəzalanıb.
Mirağa