
"Roma"nın müdafiəçisi Canluka Mançini ilə müqavilənin müddətini uzatması an məsələsidir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi paytaxt nəhəngi ilə üç illik yeni müqavilə imzalayacaq və sonradan daha bir mövsüm də oynamaq seçimi olacaq. Onun maaşı ildə 3,5 milyon avro olacaq.
Mançini 2020-ci ildə "Roma"ya keçib. O, bu mövsüm 44 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Roma" 70 xalla A Seriyasında dördüncü yerdədir. Can Pyer Qasperininin komandası növbəti oyununu 24 mayda "Verona"ya qarşı keçirəcək.
Mirağa