
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Rakuv” Mahirin komandaya gəliş anonsunu “Bayati Şiraz” muğamı ilə elan edib.
Qeyd edək ki, Mahir Emreli bir illik icarə əsasında Polşa təmsilçisinin heyətinə qoşulub.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.