
Niderland millisinin baş məşqçisi Ronald Kuman "narıncılar"ın müdafiəçisi Denzel Dümfrisin "İnter"dən "Real Madrid"ə keçməsindən narazıdır.
Fanat.Az xəbər verir ki, həm oyunçu, həm də məşqçi kimi "Barselona" ilə sıx bağlı olan Kuman onu "Kamp Nou"da görmək istədiyini bildirib.
Tanınmış insayder Fabritsio Romano Kumanın fikirlərini belə çatdırıb:
"Transferin hələ tam şəkildə başa çatıb-çatışmadığını bilmirəm. O, buna layiqdir. Amma mən onu "Barselona"da görmək istərdim".
Qeyd edək ki, "Real Madrid" Dümfrisin "İnter"lə müqaviləsindəki 20 milyon avroluq sərbəst qalma bəndini aktivləşdirib.
Mirağa