
"Ayaks" klubu Dani Sebalyosun transferi ilə bağlı "Real Madrid"lə danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Mənbənin məlumatına görə, hazırda tərəflər danışıqlarda yekun razılığa gəlmək üzrədirlər. "Real Madrid" oyunçusu üçün təxminən 10 milyon avro istəyir. "Ayaks" Madrid klubunun istədiyi qiyməti ödəməyə hazırdır və danışıqlar müsbət gedir.
Amsterdam komandasının yeni baş məşqçisi Mişel Sebalyonu komandada vacib bir fiqura çevriləcəyinə inannır.
Onunla "Betis" də maraqlanır.
Ötən mövsüm 29 yaşlı yarımmüdafiəçi La Liqada 16 oyuna çıxıb. Dani Sebalyosun "Real Madrid"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.