
"Fənərbağça" klubunda növbədənkənar prezident seçkiləri keçirilib.
Fanat.Az xəbər verir ki, İstanbul nəhənginin yeni prezidentin adına aydınlıq gəlib.
Seçkilərdə Aziz Yıldırım digər namizəd Hakan Safini aşkar üstələyib. O, ən azı növbəti 1 ildə "Fənərbağça"ya rəhbərlik edəcək. Yenidən klubun prezidenti seçilən Yıldırım bununla da 8 il sonra bu vəzifəyə qayıdıb.
Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbağça"nın prezidenti olub. 73 yaşlı funksioner 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.