
"Feyenoord" baş məşqçi Robin van Persini vaxtından əvvəl istefaya göndərmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "De Telegraaf" yayıb.
Mənbənin məlumatına görə, Niderland klubunun rəhbərliyi 42 yaşlı mütəxəssislə 2027-ci ilin yayında başa çatması planlaşdırılan müqaviləni vaxtından əvvəl ləğv edib.
Xatırladaq ki, van Persi ötən ilin fevral ayında "Feyenoord"un baş məşqçisi vəzifəsinə təyin olunub.
"Feyenoord" mövsümün sonunda Niderland çempionatında ikinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.