
FİFA prezidenti Canni İnfantino DÇ-2026-da hakimlik etməsi planlaşdırılan somalili ədalət təmsilçisi Ömər Artanın ABŞ-yə girişinə qoyulan qadağaya münasibət bildirib.
Fanat.Az xəbər verir ki, BBC futbol funksionerinin dediklərini belə təqdim edib:
"Somalili hakimlə bağlı baş verənlər kədərlidir. Hər şeyi idarə edə bilmərik. Çalışırıq, müzakirə edirik, izləyirik. Dünyamız çox aqressivdir və təhlükəsizlik hər şeydən vacibdir. Verilən qərarlara hörmətlə yanaşmalıyıq. Başa düşməliyik ki, hökumətləri və polisi idarə edə bilən krallar deyilik. Biz idman təşkilatıyıq. Sahib olduğumuz resurslarla əlimizdən gələni etməyə çalışırıq".
DÇ-2026 bu gün saat 23:00-da başlayır. Açılış oyununda Meksika ilə Cənubi Afrika Respublikası yığmaları üz-üzə gələcəklər.
Mirağa