
İyunun 11-də start götürən DÇ-2026 davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutacaq.
B qrupunda mundialın ev sahiblərindən olan Kanada ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcəklər.
Torontoda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
B qrupunda yer alan Qətər və İsveçrə isə sabah eyni vaxtda qarşılaşacaqlar.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
B qrupu, 1-ci tur
12 iyun
23:00. Kanada - Bosniya və Herseqovina