
Futbol üzrə dünya çempionatında daha üç oyun keçirilib.
Fanat.Az xəbər verir ki, F qrupunda iki, E qrupunda isə bir qarşılaşma baş tutub.
Niderland ilə Yaponiyanın dueli məhsuldar alınıb. Tərəflər 4 qolun vurulduğu oyunda heç-heçəyə razılaşıblar. Fil Dişi Sahili Ekvador üzərində minimal, İsveç isə Tunislə görüşdə böyük hesablı qələbə qazanıb.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
1-ci tur, 15 iyun
F qrupu
Niderland – Yaponiya 2:2
Qollar: Van Deyk, 51, Sammervil, 64 - Nakamura, 57, Kamada, 89.
İsveç – Tunis 5:1
Qollar: Ayari, 7; 90+6. İsak, 30. Dyökeres, 59, Svanberq, 86 - Rekik, 43.
E qrupu
Fil Dişi Sahili – Ekvador 1:0
Qol: Diallo, 90.