
UEFA Avropa Liqasında 2026/2027 mövsümünün ilk püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda AL-in birinci təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri"yə rəqib olub.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.