
Əvəzedicilər Liqasının bombardiri Elçin Qasımov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
2025/2026 mövsümündə 21 qolla çempionatın ən sərrast futbolçu olan "Turan Tovuz-2" komandasının hücumçusu xüsusi hədiyyə ilə mükafatlandırılıb.
Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.