
Cənubi Koreya millisinin baş məşqçisi Honq Myonq Bo dünya çempionatının 2-ci turunda Meksikaya qarşı oyunda (0:1) aldıqları məğlubiyyət barədə danışıb.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı asiyalıların çalışdırıcısının dediklərini belə təqdim edib:
"Planlaşdırdığımız kimi oynadıq. Qol buraxmağımız məyusedici oldu. Qrup mərhələsinin son matçında əlimizdən gələni edəcəyik. Oyunçulardan sakit qalmalarını və öz oyunlarını oynamalarını istədim. Heç də hər şey pis deyil. Bütün oyunboyu sakitliyimizi qoruduq. İndi növbəti matça hazırlaşmağa diqqət yetirəcəyik".
İki oyundan sonra Meksika A qrupunda birinci yeri, Cənubi Koreya isə üç xalla ikinci yerdə qərarlaşır. Son turda Meksika Çexiya, Cənubi Koreya isə Cənubi Afrika ilə qarşılaşacaq.