
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" yeni futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Qartallar" Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müddətə müqavilə bağlanıb.
Qeyd edək ki, Hüseynov karyerası ərzində Rusiyanın "Leninqradets", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnu", "Ximki" və ölkəmizdə "Turan Tovuz" klublarında çıxış edib.