
FİFA paraqvaylı şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Ole" yayıb.
Mənbənin məlumatına görə, buna şərhçinin Migel Almironun meydandan qovulmasına emosional reaksiyası səbəb olub.
İyunun 20-də Paraqvay milli komandası 2026-cı il dünya çempionatının ikinci turunda Türkiyə seçməsini 1:0 hesabı ilə məğlub edib. Birinci hissənin sonlarında hakim İvan Barton Mert Müldura müraciət edərkən ağzını bağladığına görə Migel Almironu meydandan qovub. Rəqibə ağzı bağlı şəkildə müraciət etdiyinə görə meydandan qovulma qaydası dünya çempionatı başlamazdan əvvəl tətbiq edilib.
"Oğru, oğru, oğru. Barton, sən oğrusan. Futbolu öldürdün. FİFA, futbolu öldürdün. İnfantino, buna görə sən məsuliyyət daşıyırsan. Oğrular. Bizdən bir oyunçu aldılar. Oğrular. FİFA, futbolu bu zibilə çevirməyin məsuliyyətini öz üzərinə götür. Aleandro Dominguez, CONMEBOL rəhbəri olaraq, nəsə etməli, cəsarətli olmalı, İnfantino ilə daha az şəkil çəkdirməlisən. Lənətə gəlmiş oğrular. Bunu həqiqətən dünya çempionatında görməliyikmi? Bu, biabırçılıqdır", - deyə Xorxe Vera efirdə bildirib.
Jurnalist qısa müddət sonra dedikləri üçün üzr istəsə də, ABC telekanalı onu bütün dünya çempionatı proqramlarından kənarlaşdırıb.