
Növbəti mövsüm üçün heyətini yenidən formalaşdıran "Araz-Naxçıvan" daha bir transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa klubu kolumbiyalı Alexandro Herrera ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi ilə anlaşmanın müddəti "1+1" illikdir.
21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Saraqosa" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfild"ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi "San Kristobal" olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.