
Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün 3-cü turun növbəti oyunları keçirilib.
A və C qruplarında tura yekun vurulub.
Çexiyanı "quru" hesabla üstələyən Meksika qrup mərhələsini maksimum nəticə və qol buraxmadan (6-0) lider başa vurub.
Cənubi Koreyanı minimal hesabla yenən Cənubi Afrika Respublikası isə pley-offa 2-ci yerin sahibi kimi yüksəlib.
Braziliya da növbəti mərhələyə darmadağınla adlayıb. Karlo Ançelottinin komandası Şotlandiya ilə görüşdə 3 xalı 3 qolla qazanıb.
Mərakeşlə Haitinin görüşündə isə 6 qol qeydə alınıb. Birincilər inamlı qələbə qazanaraq C qrupunun ikincisi kimi 1/16 finala adlayıblar.
DÇ-2026
3-cü tur
25 iyun
C qrupu
Mərakeş - Haiti 4:2
Qollar: Əşrəf Hakimi, 39. İsmael Saybari, 45+1. Sufiane Rahimi, 78. Gessime Yassini, 89 - Bono, 10-öz qapısına. Uilson İsidor, 43.
Şotlandiya – Braziliya 0:3
Qollar: Vinisius Junior, 7; 45+3. Mateus Kunya, 60.
A qrupu
CAR – Cənubi Koreya 1:0
Qol: Tapelo Maseko, 63.
Çexiya – Meksika 0:3
Qollar: Çaves Qarsiya, 55. Junian Kinyones, 61. Alvaro Fiqaldo, 90+4.