
Cənubi Koreya millisinin baş məşqçisi Honq Myonq Bo komandasının 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Cənubi Afrika millisinə məğlubiyyətini (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Düşünürəm ki, oyunçular əllərindən gələni etdilər, amma ilk qolu buraxmağımız təəssüf doğurur. Məyusedici nəticəyə gəlincə, bunun məsuliyyəti baş məşqçi kimi mənim üzərimdədir".
Turnirin nəticələrinə görə, Meksika və Cənubi Afrika 1/16 finala yüksəliblər. Cənubi Koreyanın üçüncü yerin sahibi kimi pley-offa vəsiqə qazanmaq şansı var. Çexiya mübarizəni başa vurub.
Mirağa