
Meksika millisinin müdafiəçisi Mateo Çaves DÇ-2026-nın A qrupunda Çexiya ilə qarşılaşmanın (3:0) ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, Çavez 55-ci dəqiqədə hesabı açaraq milli komandada ilk qolunu vurub.
Meksika bu qələbə sayəsində A qrupunda doqquz xalla ilk yeri tutub.
ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-ya 19 iyul tarixində yekun vurulacaq. Hazırkı dünya çempionu Argentinadır.