
Çexiya millisinin baş məşqçisi Miroslav Koubek komandasının dünya çempionatından kənarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, üçüncü turda Meksikaya 0:3 hesabı ilə yenilərək mübarizəni dayandıran çexiyalıların çalışdırıcısının şərhini "Globo" belə təqdim edib:
"Bu dünya çempionatı bizə göstərdi ki, işləməyə davam etməli və bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq. Əminəm ki, bir neçə dəyişiklikdən sonra nəticələrimiz yaxşılaşacaq. Ən yaxşı oyunçuları çağıracağam. Meksika qrupumuzda aşkar lider idi. Cənubi Koreya və Cənubi Afrikaya qarşı daha yaxşı oynamalı idik".
Çexlər A qrupunda dördüncü yeri tutaraq üç oyundan bir xal qazanıblar. Meksika və Cənubi Afrika 1/16 finala yüksəlib. Cənubi Koreyanın isə pley-offa üçüncü yerdən vəsiqə qazanmaq şansı var.
Mirağa