
"Araz-Naxçıvan" müdafiəçisi Urfan Abbasovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin mətbuat xidməti kapitanla müddəti başa çatan müqavilənin yenilənmədiyini açıqlayıb.
3 yaşlı cinah müdafiəçisi 2024-cü ildən "Araz-Naxçıvan"da çıxış edirdi.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə vidalaşıb.