
"Qəbələ" futbolçusu Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi ilə yeni - 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Seydina Keyta bu müddət ərzində 19 oyunda 3 qol vurub.