
Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində qarşılaşdıqları Tunislə matçda komandasının oyunundan narazı qalıb.
Fanat.Az xəbər verir ki, FİFA-nın saytı Kumanın fikirlərini belə təqdim edib:
"Qrupda birinci yeri tutmaq istəyirdik, buna nail olduğumuza görə xoşbəxtəm. Ancaq matçda həddindən artıq arxayınlaşmağımıza təəccübləndim. Düşünürəm ki, ilk dəqiqələrdə artıq 2:0 irəli çıxmağımız futbolçuları arxayınlaşdırdı. Bu, daha güclü rəqiblə oyunda bizə problem yarada bilər. Axı 1/16 finalda daha güclü hücum xəttinə malik olan Mərakeşlə qarşılaşacağıq".
Xatırladaq ki, Tunislə F qrupunun oyunu Kanzas-Sitidə baş tutub və Niderlandın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Narıncılar" 7 xal qazanaraq qrupda birinci yeri tutub. Ronald Kumanın komandası 1/16 finalda Mərakeşlə qarşılaşacaq.