
Yaponiya millisinin müdafiəçisi Yuto Naqatomo tarixə düşüb.
Fanat.Az "Opta" statistika portalına istinadən xəbər verir ki, o, beş dünya çempionatında oynayan ilk asiyalı futbolçu olub.
Yaponiya bu gün qrup mərhələsinin üçüncü turu çərçivəsində İsveçlə 1:1 hesablı heç-heçə edib. Naqatomo meydana 75-ci dəqiqədə daxil olub. O, qrupdakı ilk iki oyunda meydana çıxmamışdı.
39 yaşlı futbolçu 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında da oynayıb. Ümumilikdə, o, mundiallarda 16 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Yaponiya DÇ-2026-da F qrupunun turnir cədvəlində 5 xalla ikinci yeri tutub. Sözügedən komanda 29 iyunda 1/16 final oyununda Braziliya ilə oynayacaq.