
Belçika millisinin hücumçusu Leandro Trossard dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Yeni Zelandiya ilə matçın ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, Kanadanın Vankuver şəhərində keçirilən G qrupunun oyunu 5:1 hesabı ilə başa çatıb.
Trossard görüşdə iki qol vurub.
Belçikalılar 5 xal qazanaraq G qrupunda birinci yeri tutublar və pley-offa yüksəliblər.