
Uruqvay millisinin qapıçısı Fernando Muslera dünya çempionatında göstərdiyi zəif oyuna görə ölkəsinin futbol ictimaiyyətindən üzr istəyib.
Fanat.Az xəbər verir ki,Uruqvay qrup mərhələsinin üçüncü oyununda İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirdəki çıxışını 2 xalla başa vurub.
"Vi.nl" hər üç matçda bir sıra kobud səhvlərə yol verən Musleranın fikirlərini belə çatdırıb:
"Mən heç vaxt məsuliyyətdən gizlənən biri olmamışam. Həmişə həqiqətin üzünə dik baxmışam. Düşünməzdim ki, futbol karyeramın sonlarında bu qədər əzab çəkəcəyəm. Xüsusən də DÇ-yə hazırlıq ərəfəsində nə qədər səy və hazırlıq göstərdiyimi nəzərə alsaq...
Soyunma otağında uşaqlara dediyim kimi, uğursuz mundial keçirmək mənim növbəm idi. Onlardan və bütün ölkədən üzr istədim. Baxmayaraq ki, bəlkə də bu, kifayət deyil. İndi sevdiklərimin yanında olmalı və bərpa olmalıyam. Futbolun təbiəti belədir: bəzən səni səxavətlə mükafatlandırır, bəzən isə hər şeyi bir anda əlindən alır".
Mirağa