
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun keçiriləcək.
İkinci 1/8 finalçı Braziliya - Yaponiya matçında bəlli olacaq. Bakı vaxtı ilə saat 21:0-da start götürəcək qarşılaşma ABŞ-nin Hyuston şəhərində baş tutacaq.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/16 final
29 iyun
21:00. Braziliya - Yaponiya
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Hyuston (ABŞ). "NRG Stadium".