
Almaniya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvayla, Fransa isə İsveçlə oyuna hazırlaşarkən, bir çox media orqanı artıq indidən bu komandalar arasında 1/8 finaldakı mümkün görüşü müzakirə edir.
Fanat.Az xəbər verir ki, "Lequipe" potensial duel şanslarını qiymətləndirən keçmiş ingilis futbolçu Qari Linekerin şərhini belə çatdırıb:
"Düşünürəm ki, bu, indiyə qədər gördüyüm ən zəif Almaniya komandalarından biridir. Fransanın dörddəbir finala çıxmaqda heç bir problemi olmamalıdır. Almaniya keçmişində yaşayır. Sadəcə unutmayın ki, onlar son iki DÇ-də qrup mərhələsindən belə çıxa bilmədilər. Ona görə də düşünürəm ki, hamınız rahat yata bilərsiniz".
Almaniya - Paraqvay matçı bu gecə, Bakı vaxtı ilə saat 00:30-da keçiriləcək. Fransa – İsveç qarşılaşması isə iyulun 1-dən 2-nə keçən gecə baş tutacaq.
Mirağa