
"Qarabağ"ın UEFA Avropa Liqasının təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq kanal müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin liqa mərhələsinə qədər keçirəcəyi həm ev, həm də səfər qarşılaşmaları "İdman Azərbaycan" vasitəsilə canlı yayımlanacaq.
Bu barədə məlumatı klubla dəqiqləşdirməyə çalışdıq. Klub tərəfi xəbərimizi təsdiqləmədi. Daha doğrusu, yayım məsələsinin müzakirə mərhələsində olduğu bildirildi. Danışıqlar yekunlaşdırıldıqdan sonra bu barədə ictimaiyyəti məlumatlandıracaqlar. Ancaq qeyd etdiyimiz ki, bizə çatan məlumata görə, artıq yayım məsələsi böyük ölçüdə həllini tapıb.
Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" AL-in birinci təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri" ilə qarşılaşacaq. Təmsilçimiz ilk sınağına iyulun 9-da doğma meydanda çıxacaq, cavab görüşü isə iyulun 16-da İslandiyada baş tutacaq.
Mirağa