
"Liverpul"un keçmiş baş məşqçisi, hazırda "Red Bull"da futbol əməliyyatları rəhbəri Yürgen Klopp Almaniya milli komandasına mümkün təyinatla bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Magenta TV"-yə açıqlamasında belə deyib:
"Hələ bu barədə düşünməmişəm. Başa düşürəm ki, milli komandanın baş məşqçisi vəzifəsi müzakirə olunanda mənim adım bu və ya digər şəkildə gündəmə gəlir. Amma indi bu barədə ciddi danışmağın vaxtı deyil. Bu barədə deyəcək bir şey yoxdur.
Hazırda həqiqətən zövq aldığım bir işim var. Bildiyim qədəri ilə, Almaniya milli komandasındakı vəzifə yarımştat iş deyil".
Julian Nagelsmanın rəhbərlik etdiyi Almaniya millisi ötən gecə dünya çempionatının 1/16 finalında Paraqvaya sensasiyalı şəkildə məğlub olaraq (1:1, penaltilərlə - 3:4) mübarizəni dayandırıb.
Mirağa