
Fransa millisi DÇ-2026-nın 1/16 final mərhələsində İsveçi 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe 45 və 74-cü dəqiqələrdə iki qol vurub.
85-ci dəqiqədə maraqlı an yaşanıb. Baş məşqçi Didye Deşam dublun müəllifini Jan Mateta ilə əvəzləyib. Mbappe meydanı tərk edərkən Deşam zarafatla onun qarşısında baş əyib.

Qeyd edək ki, Mbappe keçirdiyi 4 görüşdə 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Fransalı vunderkind Argentinanın kapitanı Lionel Messi ilə birlikdə mundialın şərikli bombardiridir.