
İyunun 22-dən Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədəki hazırlığını tamamlamaq üzrədir.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda toplanışı iki yoxlama oyunu ilə tamamlayacaq.
"Köhlən atlar" ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
"Qarabağ"ın gün ərzində ikinci rəqibi Macarıstanın "Ferentsvaroş" komandası olacaq. Oyun saat 19:30-da başlayacaq.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələmişdi (4:3).