
İspaniya millisinin hücumçusu Lamin Yamal hazırda davam edən DÇ-2026-da hansı oyunçunun onu heyran qoyması ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, COPE Yamalın fikirlərini belə təqdim edib:
"Vinisius Juniorun bu dünya çempionatında göstərdiyi oyunları çox bəyənirəm. O, əla turnir keçirir. Əlbəttə ki, Messini də qeyd edə bilərəm... Bir də Mərakeş millisinin hücumçusu İsmael Saibari. Vurduğu qollar bir kənara, əla oynayır".
Xatırladaq ki, İspaniya millisi H qrupunda ilk sırada yer alaraq pley-offa vəsiqə qazanıb. Lamin Yamal Səudiyyə Ərəbistanı millisinə qarşı oyunda qol vurdu. Bu qol onun dünya çempionatında ilk qol idi.
İspaniya 1/16 finalda Avstriya ilə qarşılaşacaq. Oyun 2 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa