
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Fanat.Az xəbər verir ki, qurum rəsmisi UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iş başında olacaq.
O, iyulun 7-də keçiriləcək “Elbasani” (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.