
Türkiyənin "Altınordu" klubu 2026/2027 mövsümündə çempionatda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, 2-ci Liqa təmsilçisi bunu rəsmi saytı vasitəsilə açıqlayıb.
Klubun yaydığı bəyənatda qərarın maliyyə problemindən qaynaqlandığı bildirilib. İzmir təmsilçisinin aşağı yaş qrupları fəaliyyətini davam etdirək.
Qeyd edək ki, "Altınordu" klubu 1923-cü ildə yaradılıb. İzmir təmsilçisinin akademiyası Türkiyənin ən məşhur futbol akademiyalarından biri hesab olunur. Çağlar Söyüncü, Cengiz Ünder, Barış Alıcı, Berke Özer, Alican Özfesli, Erce Kardeşler kimi tanınmış futbolçular "Altınordu"nun yetirmələridir.