
"Səbail"in sabiq baş məşqçisi Adil Şükürovun yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olunub
Məlumatı klubun mətbuat xidməti yayıb.
"Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi vəzifəsində çalışan Şükürov həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də fəaliyyət göstərib.