
"Sabah"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi TNS-in Bakıya səfər proqramı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Uels çempionu ilk görüş üçün Azərbaycana iyulun 5-də axşam saatlarında gələcək.
Qonaq komanda paytaxtda "Hilton" hotelində məskunlaşacaq.
Qeyd edək ki, "bayquşlar" tarixində ilk dəfə yarışacağı ÇL-in birinci təsnifat mərhələsində Uels təmsilçisi TNS-i iyulun 7-də qonaq edəcək. Oyun Masazırda baş tutacaq və 20:00-da start götürəcək. Tərəflər arasında cavab görüşü bir həftə sonra Osvestridə keçiriləcək.
Mirağa