
Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro komandasının dünya çempionatının 1/8 final mərhələsində Fransa ilə oyundakı çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Ole" Alfaronun fikirlərini belə təqdim edib:
"Fransanın əvvəlki oyunları 60 dəqiqə davam edirdi. Yəni nəticəni müəyyən etmək üçün onlar bu qədər vaxt sərf edirdilər. Bu gün penalti olmasaydı, üstünlüyü əldə edə bilməzdilər. Hesabda önə keçəndən sonra vaxta və enerjilərinə qənaət etməyə çalışırdılar.
Bizim mövqeyimiz belədir: meydanda şir kimi mübarizə aparırıq və əlimizdən gələni edirik. Komandamla qürur duyuram. Uşaqlara dedim ki, biz yaşamaq üçün mübarizə aparırıq. Çünki onların çoxu həyatda böyük çətinliklərlə üzləşib".
ABŞ-nin Filadelfiya şəhərində keçirilən matç 1:0 hesabı ilə fransızların xeyrinə başa çatıb. Yeganə qolu 70-ci dəqiqədə penaltidən Kilian Mbappe vurub.
Fransa seçməsi dünya çempionatının 1/4 finalına yüksəlib və Mərakeşlə oynayacaq.
Mirağa