
Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Marafon" önəmli transferlərlə diqqət çəkməyə davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi postuna Ceyhun Cavadovu gətirdikdən sonra təcrübəli müdafiəçi Novruz Məmmədovu heyətə cəlb edən, Pərviz Qaraxanovla münasibətləri rəsmiləşdirməyə yaxın olan Sabirabad təmsilçisinin növbəti hədəfi bəlli olub.
Sözügedən komanda "Şahdağ Qusar"dan Elşən Veysovla anlaşıb.
26 yaşlı yarımmüdafiəçi ötən yaydan Qusar təmsilçisində çıxış edirdi. O, son mövsümdə 26 oyuna çıxıb və 6 sarı vərəqə ilə yadda qalıb.
"Marafon" Region Liqasının son finalçısıdır.
Mirağa