
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının reytinqini yeniləyib.
Fanat.Az xəbər verir ki, 414 klubun olduğu siyahıda Azərbaycan komandaları da yer alıb.
Yenilənmiş reytinq cədvəlində “Qarabağ” digər təmsilçilərimizdən xeyli öndədir. Ağdam təmsilçisi 35,250 əmsalla ümumi sıralamada 60-cı sırada yer alıb.
Azərbaycan klublarından sonrakı yerləri “Sabah” (208-ci yer, 7,500 əmsal), “Zirə” (227-ci yer, 6,500 əmsal) və “Neftçi” (248-ci yer, 5,500 əmsal) tutur. Maraqlıdır ki, “Araz-Naxçıvan”, “Qəbələ” və "Sumqayıt" hərəyə 3,862 əmsalla 321-323-cü yerləri bölüşürlər.
Son 5 mövsümün nəticələrinə əsasən, hazırlanan siyahıda "Bayern Münhen" hamını qabaqlayır - 127,500 əmsalla 1-ci yer.